AUT.AZ

ÇL əldən getdi

İngiltərə Premyer Liqasının 33-cü turunun “Brentford”la oyununda məğlub olan “Çelsi” Çempionlar Liqasına düşmək şansını itirib.

Aut.az xəbər verir ki, London təmsilçisi hazırda 39 xalla Premyer Liqa cədvəlinin 11-ci pilləsində qərarlaşıb və yarışın bitməsinə 6 tur qalmış Çempionlar Liqası zonasından 20 xal geri qalır.

“Çelsi”nin bu mövsümün sonunda Çempionlar Liqası zonasına düşmək şanı yoxdur. Klub 2018/2019 mövsümündən sonra ilk dəfə Çempionlar Liqasında oynamayacaq.

Qeyd edək ki, “Çelsi” yeni baş məşqçi Frank Lempardın rəhbərliyi altında bütün turnirlərdə keçirdiyi 5 matçın hamısında uduzub.

Exit mobile version