AUT.AZ

Bu komanda da Premyer Liqaya vəsiqə qazandı

Premyer Liqaya vəsiqə qazanan daha bir komanda bəlli olub.

Aut.az xəbər verir ki, “Şeffild Yunayted” elitaya vəsiqəni erkən təmin edib. Çempionatın 44-cü turunda “Şeffild Yunayted” “Vest Bromviç”ə 2:0 hesabı ilə qalib gəlib.

Pol Hekinqbottomun komandası 85 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. İlk pillədə isə Premyer Liqaya vəsiqəni daha əvvəl qazanmış “Bernli”dir.

Beləliklə, “Şeffild Yunayted” növbəti mövsüm birbaşa Premyer Liqaya yüksəlməyi təmin edib. “Şeffild” İngiltərənin yüksək liqasında sonuncu dəfə 2020/21 mövsümündə oynayıb.

Aut.az

Exit mobile version