AUT.AZ

Bir neçə gündən sonra Almaniyaya uçurlar – Əmindirlər ki…

“Real” Cud Bellinqemi tansfer edə biləcəyinə əmindir.

Aut.az “Marca”ya istinadən xəbər verir ki, “kral klubu” Bellinqemlə müqavilə imzalamağı yay transfer pəncərəsi üçün prioritet hədəf hesab edir.

Yaxın günlərdə “Real” təmsilçiləri Dortmund “Borussiya”sının yarımmüdafiəçisi ilə son mərhələ danışıqları aparmaq üçün Almaniyaya gedəcək. Klub ötən yay komandaya qoşulan Orelena  Tçuameni ilə müqavilə bağlayarkən tətbiq etdiyi strategiyadan yararlanıb.

Fransızla olduğu kimi, ingilisi inandırmağa çalışıblar ki, Madrid onun üçün ən yaxşı yerdir.

Klub iddia edir ki, Bellinqemlə müqavilə bağlamaq üçün əllərindən gələni ediblər və indi hər şey futbolçunun öz qərarından asılıdır. Qeyd edilir ki, “Real” həm “Borussiya” təmsilçiləri, həm də Bellinqemin ətrafı ilə əlaqə saxladığı üçün sövdələşmənin uğurlu olacağına əmindir.

Transfer qiymətinin 100 milyon avrodan çox olacağı gözlənilir. Amma “Borussiya”nın tələb etdiyi 150 milyon avrodan az olacaq.

Aut.az

Exit mobile version