AUT.AZ

“Beşiktaş” – “Qalatasaray” matçının hakimi açıqlandı

Futbol üzrə Türkiyə Super Liqasının 32-ci turu çərçivəsində baş tutacaq “Beşiktaş” – “Qalatasaray” oyununu idarə edəcək hakimlər müəyyənləşib.

Aut.az xəbər verir ki, İstanbul derbisinin baş hakimi Ali Şansalan olacaq.

Ona yan xətt hakimləri Ceyhun Sesigüzel və Mehmet Emin Tuğral kömək edəcəklər.

Xatırladaq ki, aprelin 30-da keçiriləcək “Beşiktaş” – “Qalatasaray” matçına Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.

Hazırda Super Liqanın lideri olan “Qalatasaray”ın 70 xalı var. “Beşiktaş” isə 62 xalla üçüncü pillədə qərarlaşıb. İkinci pillədə olan “Fənərbaxça”nın 64 xalı var.

Exit mobile version