AUT.AZ

Baş məşqçi istefası

İspaniyanın “Xetafe” komandasının baş məşqçisi Kike Sançes Flores istefaya göndərilib.

Aut.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

58 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

İstefaya komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub. Sözügedən komanda hazırda 31 xalla 20 iştirakçı arasında 17-ci pillədədir.

Flores 2021-ci ilin oktyabrından “Xetafe”yə rəhbərlik edirdi. O, daha öncə də iki dəfə bu komandanı çalışdırmışdı.

Exit mobile version