AUT.AZ

Azarkeşlər Ronaldodan narazıdır, Messini istəyirlər – VİDEO

Kriştiano Ronaldonun komandası son üç oyunda iki məğlubiyyət alıb. “Əl-Nəsr” Səudiyyə Ərəbistanı kubokunun yarımfinalında “Əl-Vəhda”ya uduzub (0:1).

Bundan əvvəl isə “Əl-Hilal”a məğlub olmuş (0:2), “Əl-Feyha” ilə heç-heçə etmişdi (0:0). Ronaldo üç matçın heç birində qol vura bilməyib. O, sonuncu dəfə aprelin 4-də “Əl-Adale” ilə qarşılaşmada (5:0) fərqlənib.

Ümumilikdə 38 yaşlı portuqaliyalı Ər-Riyad komandasının heyətində 14 matçda 11 qol vurub, 2 məhsuldar ötürmə edib. Bununla bağlı “Əl-Nəsr” azarkeşləri öz narazılıqlarını fəal şəkildə bildirirlər – Ronaldo külli miqdarda pul alır, lakin onun transferindən sonra komanda xal itirir, məşqçi qovulur.

Hətta yerli televiziyada azarkeşlər arasında keçirilən sorğuda Lionel Messinin alınması tələb edilir.

Məlumata görə, Səudiyyə Ərəbistanının digər klubu “Əl-Hilal”ın nümayəndələri Messi ilə rəsmi əlaqə saxlayıb və ona illik 400 milyon avro maaş təklif ediblər.

Aut.az

Exit mobile version