AUT.AZ

Azərbaycan Qran-prisinin qalibi nəyə görə narahatdır?

“Red Bull” pilotu Maks Ferstappen “Formula 1” üzrə dünya çempionatının Azərbaycanda keçiriləcək mərhələsi barədə danışıb.

Aut.az xəbər verir ki, ölkəmizdə keçirilən yarışın son qalibi olan niderlanlı pilot Bakı trekini çox çətin adlandırıb. 26 yaşlı sürücü mövsümün ilk sprint yarışının paytaxtımızda baş tutacağını xüsusilə vurğulayıb:

“Bakı treki çox çətindir. Uzun, düz yolları olan küçə dövrəsi olduğu üçün bizə hansı qanadlarla qaça biləcəyimizə dair çoxsaylı seçimlər təqdim edir. Bu, həm də mövsümün ilk sprint yarışı olacaq. Ona görə də vəziyyət bir az xaotik ola bilər. İlk sərbəst yürüşdən mərhələyə yaxşı başlamaq lazımdır. Necə olacağını birlikdə görəcəyik”.

Qeyd edək ki, Bakıdakı yarış 28-30 apreldə baş tutacaq. Ferstappen 2022-ci ildə Azərbaycan Qran-prisinin qalibi olub.

Exit mobile version