AUT.AZ

Avropada uşağa oyun kompleksi verirlər, orada isə top və…

 Emiliano Martines Avropada və Argentinada uşaq böyütməyin fərqindən danışıb.

“Avropada uşağa oyun kompleksi, Argentinada isə top, fiqurlar  və Messinin köynəyi verilir. Orada futbol hər yerdədir.

Həyat yoldaşım “Boka Xuniors”un stadionuna getdi və tribunalardakı məftil hasarların üstündən 7 yaşlı bir uşağın dırmaşdığını gördü, gözlərinə inanmadı.

Millinin oyunçuları azarkeşlər üçün mübarizə aparır. Biz bir-birimizə bağlıyıq. Onların mahnılarını mehmanxanada, avtobusda da oxuyuruq.

İsinmə hərəkəti edərkən mahnılara qulaq asmaq bizi motivasiya edir. Azarkeşlər bizə hər şeyə nail olmaqda kömək etdilər”, – “Aston Villa”nın və Argentina millisinin qapıçısı “Behind The Game” nəşrinə müsahibəsində deyib.

Aut.az

Exit mobile version