AUT.AZ

AFFA daha dörd komandaya texniki məğlubiyyət verdi

Aut.az xəbər verir ki, iclasda AFFA-nın bayrağı altında təşkil olunmuş müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:

Gənclər Liqasının “Şamaxı” – “Sabah” oyununda “Sabah”ın futbolçusu Rəvan Mirzəmmədov rəqib futbolçunu təhqir etdiyi üçün qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığına görə 3 oyun cəzalandırılıb.

Gənclər Liqasının İCBFA – “Kəpəz” oyununda İCBFA komandasının məşqçisi Qüdrət Ələsgərov hakimi təhqir etdiyi üçün qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığına görə 5 oyun cəzalandırılıb.

U-17 Liqasının “Səbail” – “Neftçi” oyununda “Səbail”in baş məşqçisi Yaşar Abuzərov cəzalı olmasına baxmayaraq, hissələrarası fasilədə və oyun bitdikdən sonra meydançaya daxil olaraq hakimləri təhqir etdiyi üçün 5 oyun cəzalandırılıb.

U-15 Liqasının “Səbail” – “Cənub Elit” oyununda “Cənub Elit”in futbolçusu Rəşad İslamov təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığına görə 4 oyun cəzalandırılıb.

U-11 Liqasının “Baku Sporting” – “Səbail” oyunu “Səbail” tərəfindən lisenziyalar vaxtında təqdim edilmədiyi üçün baş tutmayıb. Buna görə “Səbail”ə 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-11 Liqasının “Dinamo” (Gəncə) – “Lokomotiv” (Gəncə) oyunu “Dinamo”nun heyətində yetərsay olmadığı üçün baş tutmayıb. Buna görə “Dinamo”ya 0:3 hesablı texniki məğlubiyyət verilib.

Futzal üzrə İkinci Liqanın “Çinar Zəngilan” – “Metropoliten” oyunu “Çinar Zəngilan” təyin olunan vaxtda oyuna gəlmədiyi üçün baş tutmayıb. Buna görə “Çinar Zəngilan”a 0:5 hesablı texniki məğlubiyyət verilib.

Futzal üzrə Yüksək Liqanın “Record” – “Baku Fire” oyunu “Record” komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün baş tutmayıb. Buna görə “Record”a 0:5 hesablı texniki məğlubiyyət verilib.

Futzal üzrə Yüksək Liqanın “Araz Naxçıvan” – “Neftçi” İK İB oyununda “Neftçi”nin oyunçusu İlkin Hacıyev oyun bitdikdən sonra hakimi təhqir etdiyinə görə 4 oyun cəzalandırılıb.

Exit mobile version