AUT.AZ

Əfsanəvi futbolçunun qızı “düşmən ocağı”na gedir – FOTOLAR

Pierluiçi Kasiraqi “Yuventus”un əfsanəvi futbolçularından biridir. O, 4 mövsüm “qoca sinyora”da çıxış edib. 2 dəfə UEFA Kubokunu və 1 dəfə isə İtaliya Kubokunu qazanıb.

İtaliya millisi ilə DÇ-1994-ün gümüş mükafatçısı olan Kasiraqi daha sonra “Latsio”ya keçib. İtalyan hücumçu karyerasını İngiltərədə – “Çelsi”nin heyətində başa vurub.

Pierluiçinin Kyara adlı qızı var. 22 yaşındadır, Katolik Universitetində oxuyur və model kimi çalışır. O, bu günlərdə İtaliya mətbuatının gündəmindədir.

Buna səbəb onun “Yuventus”un əzəli rəqibi “İnter”də çıxış edən Xoakin Korrea ilə münasibətdə olmasıdır. Onların münasibəti argentinalı futbolçunun 2022-ci ildə – Milan təmsilçisinə “Sampdoriya”dan 23,6 milyon avroya transfer edildikdən sonra başlayıb.

Cütlük cəmi bir il görüşdükdən sonra sonra evlənmək qərarına gəliblər. Toyun Montsada təşkil edilməsi planlaşdırılır. Maraqlıdır ki, Kyaranın atası Pierluiçi Kasiraqi peşəkar futboluna karyerasına məhz bu şəhərdə başlayıb.

Heybət

Exit mobile version