AUT.AZ

Əfsanənin baxmaq istədiyi yeganə döyüş

Boks tarixinin ən yaxşı ağır çəkili idmançılarından biri, əfsanəvi Corc Forman müasir boksda görmək istədiyi döyüş haqda danışıb.

“Boksa baxmağı dayandırmazdan əvvəl görmək istədiyim yeganə döyüş Tayson Fyuri ilə Entoni Coşua arasındakıdır.

Entoni Coşua yeganə oğlandır ki, Tayson Fyuriyə dəhşətli döyüş təklif edə bilər. Tayson Fyuri hazırda boksda ən yaxşıdır. Mən onu xoşlayıram. Bu iki oğlan məni boksa baxmağa vadar edir”, – – Forman deyib.

Fyuri hazırda Formanın 1973-1974-cü illərdə sahib olduğu WBC kəmərinin sahibidir.

Aut.az

Exit mobile version