AUT.AZ

“Yuve” fanatı olan hindistanlı gözəl – FOTOLAR

Eşa Qupta – “Yuventus”un bütün oyunlarına baxan bu xanım “qoca sinyora”nın çılğın fanatlarından biridir. Onu daim VIP tribunada görmək olar.

Hindistanlı gözəl Yeni Dehlidə anadan olub. Atası Hərbi Hava Qüvvələrinin ehtiyatda olan zabiti, anası isə evdar qadındır. Onun Neha adlı bir bacısı var.

2007-ci ildə “Miss India International” titulunu qazanıb. Bundan sonra film təklifləri alıb. 2012-ci ildə kommersiya baxımından uğurlu kriminal triller “Cənnət 2″də debüt edib. Bu film ona “Filmfare” mükafatı üzrə ən yaxşı qadın debüt nominasiyası qazandırıb. Qupta 20-dən çox filmə çəkilib. O, kino ulduzu olmaqla yanaşı, televiziya şousunun aparıcısıdır.

Eşa ispan iş adamı Manuel Kampos Quallar ilə münasibətdədir

Hindistanlı olsa da, futbol sevgisi onun İtaliya ilə arasında böyük bağlar yaradıb. “Yuventus”un fanatı olduğundan, klubun əfsanələri ilə münasibəti var. Onlardan biri də Alessandro Del Pyerodur.

O, “Yuventus” azarkeşi kimi Avropa futbolunda xeyli tanınır. Ancaq aktrisa kimi vətəni – Hindistanda daha çox məhşurdur.

Heybət

Exit mobile version