AUT.AZ

Üzünə deyib ki, Messiyə görə sənə nifrət edirdim

Paulo Dibala Kriştiano Ronaldo ilə etdiyi söhbət haqda məlumat verib.

Aut.az xəbər verir ki, Dibala Messiyə görə portuqaliyalıya nifrət etdiyini onun üzünə dediyini bildirib.

“Kristianonun yanında üç yaxşı il keçirdim. Komanda çox güclü idi və o, bizi daha da güclü  edirdi. Argentinalılar Messi ilə Ronaldo arasındakı rəqabətə çox emosional yanaşırlar. Açığı, mən uşaqlıqda Messinin tərəfində olmuşam.

Yadımdadır, bir dəfə təyyarə ilə matça gedirdik. Ronaldo mənim qarşımda oturmuşdu, amma bir anda çevrildi və biz futbol, ümumiyyətlə hər şey haqda danışmağa başladıq. Mən uşaq vaxtı ona nifrət etdiyimi söylədim. Güldük. Bizim həmişə əla münasibətimiz olub, yaxşı ünsiyyət qururduq”, – hazırda “Roma”da oynayan Dibala “La Gazzetta dello Sport”-a müsahibəsində deyib.

Aut.az

Exit mobile version