AUT.AZ

Ukrayna Tebasın ideyasını dəstəklədi

“Şaxtyor”un baş direktoru Sergey Palkin İspaniya La Liqasının prezidenti Xavyer Tebasın Avropa Klublar İttifaqının (UEC) yaradılması ideyasını dəstəkləyib.

Aut.az xəbər verir ki, Donetsk klubunun rəsmisi bunun futbolun inkişafına ciddi təsir edəcəyinə inanır.

“İnanıram ki, bu qurum kiçik və orta klubları dəstəkləyəcək və onların hamısını eyni masaya yığacaq. Mənə elə gəlir ki, diqqət 25 böyük klubdadır. Onlar həmişə yalnız böyük klubları dəstəkləyirlər və bu, ən böyük problemdir. Kiçik klublar olmayan yerdə futbol yoxdur. O, tamamilə mövcud olmağı dayandıracaq”, – Palkin bildirib.

UEC hesab edir ki, Avropada 1400-ə yaxın peşəkar klubun səsvermə hüququ yoxdur və onlar UEFA-nın rəhbər orqanlarında Avropa Klublar Assosiasiyasına (ECA) üzv olan klublarla eyni şəkildə təmsil olunmalıdırlar.

Aut.az

 

Exit mobile version