AUT.AZ

Şeffilddə böyük sensasiya

İngiltərənin Şeffild şəhərində, məşhur “Krusibl” arenasında 2023-cü il Dünya Snooker Çempionatının 1/4 final mərhələsi davam edir.

Aut.az xəbər verir ki, məşhur ingilis Ronni O’Sallivan sensasiyalı şəkildə turniri tərk edib. İki seansdan sonra o, belçikalı Luka Bresel üzərində nəzərəçarpan üstünlük əldə etmişdi (10:6).

Bununla belə, üçüncü sessiyada Luka Bresel ard-arda 7 seansı  qazanaraq qarşısıalınmaz oldu. Matçın yekun hesabı 13:10 belçikalının xeyrinə nəticələndi.

Ronni çempionluq titulunu qoruya bilmədi və turniri tərk etdi.

Aut.az

Exit mobile version