AUT.AZ

“Sabah”ın futbolçuları “Dinamo”da

“Sabah” və “Dinamo” (Zaqreb, Xorvatiya) arasında əməkdaşlıq çərçivəsində akademiyanın 3 futbolçusu Xorvatiyanın Zaqreb şəhərinə yollanıb.

Aut.az xəbər verir ki, aşağı yaş qrupları üzrə komandaların futbolçuları – Həzrət Səmədov, Rauf Əyyubov və İbrahim Xəlilov 2 həftə ərzində “Dinamo” Futbol Akademiyasında təcrübə keçəcəklər.

Hazırda Zaqreb təmsilçisinin aşağı yaş qrupları üzrə komandaları ilə birgə məşqlərdə iştirak edən gənc futbolçuların yoxlama oyunlarında şans qazanması da nəzərdə tutulub. Əsas məqsəd “Sabah”ın futbolçularının Avropanın ən böyük futbol akademiyalarından biri olan “Dinamo” Futbol Akademiyasında təcrübə keçməklə oradakı mühitlə tanışlığı, həmçinin Zaqreb təmsilçisinin mütəxəssislərinin rəhbərliyi altında məşqlərdə iştirak etməklə yeni təcrübə qazanmalarıdır.

Exit mobile version