AUT.AZ

“Sabah” rəhbərliyi Murad Musayevə verdiyi vədləri yerinə yetirib?

“Sabah”ın baş məşqçisi Murad Musayev Rusiyanın “Moskovski komsomolets” nəşrinə müsahibə verib.
Aut.az xəbər verir ki, mütəxəssis “Sabah”ı seçmə səbəbini belə izah edib:

“Sabah”da işə başlamağım üçün motivasiyam nə idi? Yaxşı sualdır. O vaxt çox insan qərarımı başa düşmədi. “Krasnodar”dan ayrıldıqdan sonra işimə fasilə verdim. Bir çox tanınmış məşqçilərimizlə danışdım və məsləhət etdilər ki, qışa qədər gözləyim. Dedilər ki, “Krasnodar”la yaxşı iş gördüm, səbr et, təkliflərin olacaq”. Bunu özüm də hiss edirdim.

Sonra “Sabah”dan təklif gəldi. Məni Bakıya dəvət etdilər. Klubun İdarə Heyətinin üzvləri ilə görüşdüm. Onları, Bakını çox bəyəndim. Lakin bura gələndə heç kimlə məsləhətləşmədim. Məsləhətləşsəydim, fikrimdən daşındırmağa çalışacaqdılar. Bunun yerinə “Sabah”la razılaşmağı qərara aldım. Məşqçilər heyətimlə Bakıya gəlməyim beş gün çəkdi. Rusiya futbolunda çoxlu söz-söhbətlər var idi və kənarda işləmək istəyirdim. “Sabah”ın yaxşı şəraiti var idi”.

Musayev Azərbaycana gəldiyi üçün şad olduğunu bildirib. O, klub rəhbərliyinin verdiyi vədlərə əməl etdiyini də qeyd edib:
“Sabah” mənim üçün yeni çağırış idi. Komanda son sıralarda idi və düşünürdüm ki, bunu dəyişə bilərəmmi? Rəhbərlik məni əmin etdi ki, yeni transferlər olacaq, maliyyə artacaq. İnandım və bu gün də verdikləri vədlərə əməl edirlər. Klub dayanmadan inkişaf edir. Azərbaycana gəldiyim üçün şadam. Artıq mövsüm bitməmişəm medalçılar sırasında olmağı təmin etmişik”.

Exit mobile version