AUT.AZ

“Sabah” legioneri ilə yollarını ayırdı

“Sabah” legionerlərindən biri ilə yollarını ayırıb.

Aut.az xəbər verir ki, qarşılıqlı razılıq əsasında Tiemoko Fofananın müqaviləsinə xitam verilib.

23 yaşlı hücumçu mövsümün əvvəlində zədəli olduğu üçün bu mövsüm sifariş ərizəsinə daxil edilməmişdi.

O, 2021-ci ildə öncə Finlandiyanın “İlves” klubundan icarəyə “Sabah”a keçmişdi. Ardınca isə Masazır klubu onunla rəsmi müqavilə imzalamışdı.

Exit mobile version