AUT.AZ

Ronaldo ona hörmətsizlik edib: Nifrətlə əl sıxdı

“Əl Vahda”nın hücumçusu Jan-David Boqel Kriştiano Ronaldonun ona qarşı etdiyi hörmətsizlikdən danışıb.

Aut.az xəbər verir ki, iki gün əvvəl portuqaliyalı hücumçunun çıxış etdiyi “Əl-Nəsr” Səudiyyə Ərəbistanı kubokunun yarımfinalında “Əl-Vahda” ilə qarşılaşıb  və məğlub olaraq (0:1) mübarizədən kənarlaşdırılıb. Bu oyunda yeganə qolu Boqel vurub.

“Matçın sonunda ona yaxınlaşdım və böyük fanatı olduğumu dedim, formasını istədim.

O isə mənə tərəf baxmadan nifrətlə əl sıxdı. Onun oyunundan zövq alaraq böyüdüyüm üçün susdum. Təhsil aldığım vaxtlarda onun oyununa baxdığımı hələ də xatırlayıram.

Başa düşürəm ki, Ronaldo məğlubiyyətdən sonra məyus idi. Amma belə hörmətsiz münasibəti təəccüblü idi. Hətta meydanda da  çox əsəbiləşdi, komanda yoldaşlarına qışqırdı”, – Boqel “L’Équipe”-ə bildirib.

Aut.az

 

Exit mobile version