AUT.AZ

“Real”ı biabır edən hücumçunu Messi ağladıbmış

İspaniya çempionatının 31-ci turunda “Real” matçda (4:2) poker edən “Jirona”nın argentinalı hücumçusu Valentin Kastelyanos “Barselona”nı daha çox bəyəndiyini etiraf edib.

“Messiyə görə “Barselona”nı “Real”dan daha çox bəyənirəm. Bilmirəm, Lionel dünən “Real”la oyunu görübmü, biz argentinalılar üçün o, bir tanrıdır. Leo məni Dünya Kubokunda sevincdən ağlatdı. O, dünyanın ən yaxşısıdır”, – deyə jurnalist Jerard Romero “tvitter”də ondan sitat gətirib.

24 yaşlı Kastelyanos bu mövsüm “Jirona”nın heyətində 31 oyunda 12 qol vurub. O, 2022-ci ilin iyulundan komandadadır.

Aut.az

 

Exit mobile version