AUT.AZ

“Qonşuya “Salam, necəsən?” demək nə çətin işdir?”

Rusiyanın “Orenburq” klubunun bosniyalı futbolçusu Renato Qoykoviç rusların mentalitetindən danışıb.

Aut.az xəbər verir ki, Renato rusların soyuq və qapalı xalq olduğunu vurğulayıb. O, “bosniyalıların ruslarla oxşar mentaliteti varmı?” sualına belə cavab verib:

“Ruslar soyuq insanlardır. Məsələn, liftin qarşısında dayanmışam, bir kişi çıxır, ona salam vermək istəyirəm. Amma heç üzümə də baxmır. Qonşuya “Salam, necəsən? Nə yenilik var?” demək nə çətin işdir? Siz qapalı insanlarsınız”.

Aut.az

Exit mobile version