AUT.AZ

Premyer Liqada ağır gecə

Bu gün İngiltərə Premyer Liqasında mövsümün taleyini həll edəcək matç keçiriləcək.

Aut.az xəbər verir ki, 33-cü tur çərçivəsində lider “Arsenal” səfərdə ən yaxın izləyicisi “Mançester Siti” ilə üz-üzə gələcək. “Topçular”ın baş məşqçisi Mikel Arteta komandasının çempionluq şansını dəyərləndirib. O, çempion olmaq üçün qələbə qazanmağa məcbur olduqlarını söyləyib:

“Bəli, ağır gecə olacaq. Biz əvvəlcədən bilirdik ki, çempion olmaq istəyiriksə, gedib “Tottenhem”i də udmalıyıq. “Çelsi”ni səfərdə məğlub etmək lazım idi. İndi “Siti” ilə görüşə yollanıb qalib gəlmək lazımdır. Çempion olmaq istəyən komanda belə oyunları qazanmalıdır. Hər şey bu qədər sadədir”.

Qeyd edək ki, “Arsenal” 75 xalla liderdir. İki oyun az keçirən “Mançester Siti” 70 xalla 2-ci pillədədir.

Exit mobile version