AUT.AZ

Murad Musayev bu qapıçını ruslara o qədər təriflədi ki…

“Sabah”ının baş məşqçisi Murad Musayev “Krasnodar”ın qapıçısı Matvey Safonovu Rusiya Premyer Liqasının ən güclü qapıçısı adlandırıb.

Aut.az xəbər verir ki, o, bu barədə “Moskovski Komsomolets” nəşrinə danışıb:

“Safonov Rusiyanın ən yaxşı qapıçılarından biridir? Bəli. Düşünürəm ki, o, çempionatın ən yaxşı qapıçısıdır.

Üç il əvvəl demişdim ki, Safonov ayaqları ilə oyununu yaxşılaşdırmalıdır? Ayaqla oyuna gəlincə, o vaxt da qapıçılar üzrə məşqçi çox iş görürdü, çalışırdırlar. Və sonra biz artıq meydançada onun ötürmələri göndərməli olduğu zonaları müəyyən etdik. Sol və sağ ayaq üçün ayrı-ayrılıqda.

O vaxt əsəbi idi, hər şey dərhal alınmırdı.  Bu gün o, bu oyun komponentində irəliyə doğru böyük bir addım atıb. Özünü inamlı hiss edir. Həm sol, həm də sağ ayaqla yaxşı oynayır. Və o, öz üzərində işləməyə davam edir”.

Aut.az

 

Exit mobile version