AUT.AZ

Messi-PSJ danışıqları: Yeni detallar açıqlandı

PSJ ilə yeni müqavilə barədə danışıq aparan Lionel Messi maaşının artırılmasını istəyib.

Aut.az xəbər verir ki, bu barədə “Le Parisien” məlumat yayıb.

PSJ və Lionel Messi arasında müqavilənin uzadılması üçün davam edən danışıqlar hələ bitməyib. “Le Parisien”in məlumatına görə, tərəflər ötən ilin sonunda şifahi razılığa gəliblər, lakin Argentina millisinin DÇ-2022-dəki qələbəsindən sonra hücumçu maaşının artırılmasını istəyib.

Paris rəhbərliyi onun maaşına yenidən baxmağa hazır deyil, lakin buna baxmayaraq, 35 yaşlı futbolçunun klubda qalmasını istəyir. Messinin ətrafı danışıqların futbolçunun maliyyə tələblərinə görə yubanması ilə bağlı məlumatı təkzib edərək, argentinalı futbolçunun əvvəlcə layihənin növbəti mövsümdə necə inkişaf edəcəyini bilmək istədiyini bildirib.

Lionel Messinin PSJ ilə hazırkı müqaviləsi bu yay başa çatır. Daha əvvəl bildirilirdi ki, “Barselona” 35 yaşlı futbolçunun xidmətində maraqlıdır, hücumçu 2021-ci ilin yayında azad agent kimi PSJ-yə yollanıb.

Aut.az

Exit mobile version