AUT.AZ

Maaş azaldılmasına razı olmadılar: daşdan keçən səbəb

“Barselona”nın müdafiəçisi Andreas Kristensen və yarımmüdafiəçi Frank Kesse klubun maaşları azaltmaq təklifindən imtina ediblər.

Aut.az xəbər verir ki, bu barədə jurnalist İvan San Antonio “Tvitter” hesabında məlumat verib.

Mənbənin sözlərinə görə, futbolçular komandanın maddi çətinliklərini başa düşürlər, lakin belə bir addım atmaq istəmirlər. Çünki onlar 2022-ci ilin yayında azad agent kimi “Barselona”ya keçiblər. Həmin vaxt isə daha sərfəli təkliflərdən imtina etməli olublar.

27 yaşlı Kristensen zədə səbəbindən “Barselona”nın heyətində 12 matçı buraxıb.

26 yaşlı Kesse 2022-ci ilin yayında pulsuz olaraq “Barselona”ya keçib. 37 matçda 3 qol vurub və 3 məhsuldar ötürmə edib. Tərəflər arasında müqavilənin müddəti 2026-cı ilin yayında başa çatır.

Aut.az

Exit mobile version