AUT.AZ

İddia: Hakimlər satın alınmışdı

“Atletiko”nun yarımmüdafiəçisi Koke “Barselona” ilə oyundan narazı qalıb.

Aut.az xəbər verir ki, ispan futbolçu oyundakı hakimlikdən şikayətlənib.

“Hakimlər satın alınmışdı”, – “Marca” Kokedən sitat gətirib.

31 yaşlı Koke bütün matçı ehtiyat oyunçular skamyasında keçirib. O, məşq zamanı budun arxa əzələlərində narahatlıq hiss etdiyi üçün ehtiyatda qalıb.

Xatırladaq ki, “Atletiko” İspaniya çempionatının 30-cu turunda “Spotify Camp Nou” stadionunda “Barselona”ya 0:1 hesabı ilə uduzub. Qarşılaşmada yeganə qolu 45-ci dəqiqədə Ferran Torres vurub.

Aut.az

Exit mobile version