AUT.AZ

Dalaşıblar, Mourinyo onu avtobusdan düşürüb və…

“Sion”un hücumçusu Mario Balotelli “İnter”də oynayarkən  Joze Mourinyo ilə münasibətindən danışıb.

Aut.az xəbər verir ki, o, portuqal mütəxəssislə mübahisə etdiyini bildirib.

“Mourinyonu ram etmək asan deyil, eynən mənim kimi. Bir dəfə Kataniyaya uçmazdan əvvəl bizi hava limanına aparan avtobusda dalaşdıq. Məni avtobusdan endirdi və maşınla evə qayıtmalı oldum. Ancaq “İnter”i bəyənirdim, bu klub mənim üçün hələ də çox şey deməkdir”, – Balotelli “Muschio Selvaggio” podkastında deyib.

Balotelli 2007-2010-cu illərdə “İnter”də çıxış edib. O. Milan klubunun heyətində 86 oyun keçirib, 28 qol vurub və 15 məhsuldar ötürmə verib.

Aut.az

Exit mobile version