AUT.AZ

Daha bir şans vermək istəyirlər

Bu mövsüm icarə əsasında “İnter”də çıxış edən “Çelsi”nin hücumçusu Romelu Lukaku London klubunda daha bir şans qazana bilər.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Mett Lou məlumat verib.

“Çelsi” yeni mövsüm üçün baş məşqçi ilə bağlı qərar verib, bu, Maurisio Poçettino olacaq.

Poçettinonun isə belçikalının xidmətində maraqlı olduğu bildirilir. “Çelsi” Lukaku ilə danışıqlar aparacaq və ondan gələn mövsüm üçün heyətdə olmaq istəyib-istəmədiyini soruşacaq.

Lukakunun “Çelsi” ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. “İnter” 29 yaşlı belçikalının icarə müddətini uzatmaq fikrində deyil.

Aut.az

Exit mobile version