AUT.AZ

Dəyiş-düyüş istəyirlər, üstündə pul da verirlər

“Bavariya” rəhbərliyi hücumçu Sadio Maneni əlavə ödənişlə “Napoli”nin hücumçusu Viktor Osimhenlə dəyişmək niyyətindədir.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq “Tvitter” hesabında yazıb.

Mənbənin məlumatına görə, “Napoli”nin prezidenti Aurelio De Laurentis qiymət məsələsində israr edir. O, nigeriyalı futbolçunu 150 milyon avrodan aşağı satmayacağını deyir.

Osimhen özü də Münhen klubuna keçməyin əleyhinə deyil. Bununla belə, “Bavariya” rəhbərliyi A Seriyasında çıxış edən klublardan birindən hücumçu transfer etmək üçün ciddi məbləğ ödəmək niyyətində deyil.

Bildirilir ki, “Bavariya” kompromis tapmaqda qərarlıdır: klubun bəzi nümayəndələri transfer haqqını azaltmaq üçün Maneni Osimhen müqaviləsinə daxil etməyə hazırdır. Hazırda tərəflər arasında heç bir danışıq aparılmayıb.

“Bavariya” da alternativ variant kimi “Atalanta”nın hücumçusu Rasmus Höylundun transferi də nəzərdən keçirilir.

Aut.az

Exit mobile version