AUT.AZ

Bir neçə dəfə söhbət edib, amma özünə qoyulmur

“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya çempionatının 33-cü turunda “Jirona” ilə keçirilən oyundan (2:4) sonra fikirlərini bildirib.

Aut.az xəbər verir ki, italyan mütəxəssis hücumçu Vinisius Juniorun davranışından narazılıq edib. O, Vinisiusun tez-tez sarı vərəqə almasını dəyərləndirib. Bu görüşdə braziliyalı mövsümdə 14-cü xəbərdarlığını alıb.

“Bu mövqedə oynayan bir oyunçu üçün həddindən artıq çoxdur.  Mən bu barədə bir neçə dəfə Vinisiusla danışmışam”, – AS Ançelottidən sitat gətirib.

Qeyd edək ki, “Real”da Juniordan sonra ən çox sarı vərəqə alanlar müdafiəçi Eder Militao və yarımmüdafiəçi Eduardo Kamavinqadır. Onların hər ikisi cari mövsümdə 8 sarı vərəqə alıblar.

Aut.az

Exit mobile version