AUT.AZ

Azərbaycan yığmasının sabiq üzvlərinə ömürlük cəza: Oyun alveri

Azərbaycanın aşağı yaş qrupları üzrə yığmalarının sabiq üzvləri Ziyadxan Məmmədov və Qvanzav Maqomedov Rusiyada futboldan ömürlük kənarlaşdırılıblar.

Məlumatına görə, danışılmış oyunu “Yesentuki” komandasının futbolçuları – Dzaurov, Məmmədov və komandanın keçmiş rəhbəri Qvanzav Maqomedov təşkil edib.

Onlar “Salyut” – “SKA-Xabarovsk” oyunun nəticəsini əvvəlcədən razılaşdırıblar və xarici bukmeker kontorları vasitəsilə mərclərdən pul qazanmağı planlaşdırıblar.

Ruslan Pidlisnyak Xabarovskda birləşdirici halqa rolunu oynayıb, nəticəni təmin edən birbaşa icraçı isə Denis Derkunski olub.

Oyun 20 oktyabr 2022-ci ildə keçirilib. “Qarşılaşma “Salyut”un 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Yesentuki” futbolçuları görüşün nəticəsinə təsir edən şərti siqnalları ötürmək üçün Belqoroddakı matça gəliblər. Fasilədə futbolçuları da oyundan çıxarıblar.

Müəyyən edilmiş materiallar İstintaq Komitəsinə verilə, əsasında cinayət işi başlana bilər.

Xatırladaq ki, Ziyadxan 2013-2015-ci illərdə Azərbaycanın U-17 və U-19 yığmalarında, Qvanzav isə U-21 millisində çıxış edib. 28 yaşlı qolkiper müxtəlif vaxtlarda “Neftçi”, “Zirə” və “Zaqatala”nın da formasını geyinib. 29 yaşlı veteran müdafiəçi isə “Şahdağ”, “Zirə”, AZAL, “Bakı”, “Səbail”, “Sabah” və “Sumqayıt”ın şərəfini qoruyub.

Aut.az

 

Exit mobile version