AUT.AZ

Xavi ilə görüşdü, qalır, yeganə problemi odur ki…

“Barselona”nın yarımmüdafiəçisi Qavi Kataloniya klubunda qalmaq istəyir.

Aut.az xəbər verir ki, o, artıq bu haqda komandasının baş məşqçisi Xaviyə məlumat verib. Baş məşqçi ilə söhbətində o, “Barsa”nın düşərgəsində hər şeydən razı olduğunu və uzun müddət burada oynamaq istədiyini etiraf edib.

Qavinin yeganə problemi 2026-cı ilə qədər olan müqaviləsinin rəsmiləşdirilməməsidir.  Xatırladaq ki, “Barselona” maliyyə nüanslarına görə hələ də Qavini əsas komandanın oyunçusu elan edə bilməyib.

Qavi səkkiz ildən çoxdur ki, “Barselona”dadır. Bu mövsüm 40 oyunda 2 qol vurub və 6 məhsuldar ötürmə edib.

Aut.az

 

Exit mobile version