AUT.AZ

Üzr istədi və bildirdi ki…

PSJ-nin hücumçusu Kilian Mbappe “Real”ın prezidenti Florentino Peresdən üzr istəyib və İspaniya klubuna keçmək istədiyini bildirib.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Ramon Alvarez “Twitter”də məlumat verib.

Xatırladaq ki, ötən il Mbappenin PSJ ilə müqaviləsi başa çatırdı və şayiələrə görə, o, “Real”a keçməyə yaxın idi. Lakin son anda fikrini dəyişərək Paris komandası ilə müqaviləni uzatmaq qərarına gəldi.

Madrid klubunun prezidenti Peres hücumçunun bu qərarından narazı qaldı və gələcəkdə onu almaqdan imtina etdiyini bildirdi.

2022-ci ilin payızında Mbappenin yenidən fikrini dəyişdiyi və “Real”a keçməyə qərar verdiyi barədə məlumatlar ortaya çıxdı. Mətbuatda fransalının daha əvvəl etdiyi hərəkətə görə ictimaiyyət qarşısında üzr istəməli olacağı barədə də xəbər yayılıb.

Aut.az

Exit mobile version