AUT.AZ

UEFA bu kluba vaxt verdi, əks təqdirdə…

UEFA “Yuventus”u avrokuboklardan kənarlaşdıra bilər.

Aut.az  “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, yaxın aylarda bu məsələ ilə bağlı yekun qərar verilməsə, UEFA “Yuventus”u avrokuboklardan kənarlaşdıra bilər. Diskvalifikasiya müddəti ən azı bir il ola bilər. Avropa Liqasında mümkün qələbə cəzanın aradan qaldırılmasına kömək etməyəcək.

Əgər cəza ilə bağlı qərar qəbul edilsə, lakin “Yuve” Avrokuboklara vəsiqə əldə edə bilməzsə, o zaman cəza “Yuventus”un avrokuboklara vəsiqə qazandığı mövsümə qədər təxirə salınacaq.

UEFA iyunun 10-da keçiriləcək Çempionlar Liqasının finalından sonra növbəti Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqası yarışlarının təqvimini tərtib edəcək. “Yuventus”a müraciət etmək üçün əlavə vaxt verilə bilər – iyulun sonu və ya avqustun əvvəlinə qədər.

UEFA “Yuventus”un maliyyə fırıldaqları ilə bağlı paralel araşdırma aparır. Qurum Turin prokurorluğundan bütün sənədləri alıb və məhkəmə sənədlərini öyrənir. UEFA ümid edir ki, FIGC-nin bu iş üzrə hökmü iyunun sonuna qədər açıqlanacaq.

Əgər yeni avrokubok mövsümü başlamazdan əvvəl qərar qəbul olunmasa, o zaman “Yuventus”un beynəlxalq turnirlərdə çıxışı ilə bağlı məsələyə UEFA-nın “Fair Play” Komissiyası baxacaq.

Xatırladaq ki, yanvar ayında Turin klubu A Seriyasında uydurma kapital artımı iddiasına görə 15 xaldan məhrum edilmişdi. Amma sonradan məhkəmə qərarı verilənə qədər xallar kluba qaytarılıb. İndi yeni məhkəmə prosesi var. İtaliya Futbol Federasiyasının (FIGC) Federal Apellyasiya Məhkəməsi işə yenidən baxmalıdır.

Aut.az

 

 

Exit mobile version