AUT.AZ

Şərti var, bazarda söz sahibi olmaq istəyir

“Tottenhem” növbəti mövsüm üçün baş məşqçi təyinatı ilə bağlı Yulian Naqelsmann ilə danışıqları davam etdirir.

Aut.az xəbər verir ki, danışıqlar prosesində bir sıra maneələr yaranıb.

İngiltərə mətbuatının yazdığına görə, Naqelsmann “Tottenhem”in təklifini qəbul etmək üçün şərt irəli sürüb. 35 yaşlı alman mütəxəssis klubun transfer bazarında söz sahibi olmaq istəyir.

Xatırladaq ki, daha əvvəl Naqelsmann “Çelsi”nin təklifini rədd etmişdi.

Aut.az

Exit mobile version