AUT.AZ

Rusların dağıtdığı evləri bərpa etmək üçün 12 milyon ödəyib

Məşhur ukraynalı boksçu Aleksandr Usik Kiyev vilayətində Rusiyanın işğalçı hücumundan sonra dağılmış evlərin bərpasına necə kömək etdiyindən danışıb.

“Bunun üçün beynəlxalq arenada pul toplayıram. İnsanların tez bir zamanda öz evlərinə qayıtmasını istəyirəm. Mən onlarla danışdım. Aralarında Donetski daha əvvəl tərk edənlər də var idi, Krımdan gələnlər də. Və onların heç nələri yoxdur.

İnsanlara kömək etmək istəyirəm. Amma bu haqda danışmaq istəmirəm… Bütün bunlara dəyərmi? Məbləği öyrənmək istəyirsiniz? Evləri tikmək üçün 10-12 milyon vermişəm”, – Usik bildirib.

Aut.az

Exit mobile version