AUT.AZ

Prezidentə qarşı etiraz – FOTO

A Seriyasının 31-ci turunun “Sampdoriya”- “Spetsiya” matçı etiraz aksiyası ilə yadda qalıb.

Aut.az xəbər verir ki, baş hakim Fabio Mareska meydanda görmə qabiliyyətinin az olması səbəbindən oyunu bir müddət dayandırıb. Məsələ ondadır ki, meydan sahiblərinin ultrasları meydançaya tüstü bombaları ataraq etiraz aksiyası keçiriblər.

“Sampdoriya” azarkeşləri klub prezidenti Massimo Ferreroya etiraz ediblər. Onlar hesab edirlər ki, prezidentin fəaliyyəti klubu ikinci liqaya yuvarladır.

Aut.az

Exit mobile version