AUT.AZ

Polis Kadinin zədələnməsi ilə bağlı araşdırma aparır

Moskva polisi “Krasnodar”ın yarımmüdafiəçisi Kadi Borgesin zədələnməsi ilə bağlı araşdırma aparır.

Aut.az xəbər verir ki, “Spartak”ının mətbuat xidmətinin rəhbəri Dmitri Zelenov bu məsələni şərh edib.

“Bu barədə biz də mətbuatdan məlumat əldə etdik.  Öyrəndik ki, bu cür zədə ilə xəstə qəbul edildikdə, həkimlərin polisə məlumat verməsi standart prosedurdur. Polisdən heç kim klubla əlaqə saxlamayıb”, – Zelenov bildirib.

Qeyd edək ki, “Qarabağ”ın sabiq futbolçusu “Spartak”la oyunun 47-ci dəqiqəsində Georgi Cikia ilə toqquşub və huşunu itirib. Ona ilk yardımı da elə Cikia edib. Kadi üz sümüyünün sınığı diaqnozu ilə Botkin xəstəxanasına aparılıb.

Aut.az

Exit mobile version