AUT.AZ

Neymar “Çelsi”yə yox, bu kluba gedir

Neymar karyerasını İngiltərədə davam etdirməyi planlaşdırır.

Aut.az xəbər verir ki, PSJ-nin 31 yaşlı forvardı yayda “Mançester Yunayted”ə keçmək niyyətindədir. Braziliya millisinin kapitanının nümayəndələri yaxın vaxtlarda ingilislərlə danışıqlara başlayacaq.

Paris təmsilçisi, 2025-ci ilə qədər müqaviləsi olan Neymarı yaxşı təklif fonunda satmağa razıdır. Amma bu məbləğ 60 milyon avrodan aşağı olmamalıdır.

Onu da vurğulayaq ki, “Çelsi”nin də braziliyalı ilə maraqlandığı haqda məlumat yayılmışdı.

Qeyd edək ki, 2017-ci ildə “Barselona”dan 220 milyon avro qarşılığında PSJ-yə keçən Neymar bu mövsüm 29 matçda 18 qol və 17 ötürmə ilə yadda qalıb. O, fevralda ayağını zədələyərək mövsümü erkən başa vurub.

Exit mobile version