AUT.AZ

“Murdar keçəl, sənin ürəyini yeyəcəyəm”

“Yuventus”un məşqçisi Marki Landuççi “Napoli”nin baş məşqçisi Luçano Spalettini təhqir edib.

“Yuventus” A seriyasının 31-ci turunda evdə “Napoli”yə 0:1 hesabı ilə uduzub. Oyunda İtaliya Futbol Federasiyasının (FIGC) 4 nümayəndəsi iştirak edib.

Aut.az xəbər verir ki, onların oyunsonrası hesabatlarında qeyd edilib ki, “Yuve”nin baş məşqçisi Massimiliano Alleqrinin köməkçisi Marko Landucci hakimlərin işindən açıq-aşkar narazılıq nümayiş etdirib.

Üstəlik, o, neapolluların baş məşqçisi Luçano Spalettiyə qarşı aqressiv danışıb. Nümayəndələrin hesabatında deyilir ki, oyundan sonra Landuççi Spalettiyə deyib: “Murdar keçəl, sənin ürəyini yeyəcəyəm”.

Paltardəyişmə otağına yollanan Spaletti onun bu sözlərinə heç bir reaksiya verməyib.

Hesabatda, həmçinin qeyd olunub ki, “Yuventus” azarkeşləri FIGC prezidenti Qabriele Qravinaya və neapollulara qarşı təhqiramiz şüarlar səsləndiriblər.

Aut.az

Exit mobile version