AUT.AZ

Məşqdən qovuldu

“Herta”da baş məşqçi Pol Dardai xorvatiyalı yarımmüdafiəçi İvan Sunyiçi məşqdən qovub.

Aut.az xəbər verir ki, buna səbəb 26 yaşlı oyunçunun baş məşqçi ilə mübahisə etməsi və məşqlərə ciddi yanaşmaması olub. Bu barədə “Bild” nəşri məlumat yayıb.

Bundesliqada “Verder”ə 2:4 hesablı məğlubiyyətdən sonra Sunyiçin intizamsız və məsuliyyətsiz olduğunu bildirən mütəxəssis məşq zamanı oyunçunu tənqid edib. Baş məşqçinin fikirlərinə əhəmiyyət verməyən İvan idmandan qovulub.

Exit mobile version