AUT.AZ

Məşhur agent Messi və Ronaldo il bağlı Balotelliyə nə deyib?

İtaliya yığmasının sabiq futbolçusu Mario Balotelli “Qızıl top”la bağlı Mino Rayola ilə söhbətindən danışıb.

“Çox darıxdığım agentim Mino Rayola deyirdi ki, Messi və Ronaldon hər il “Qızıl top”u qazanır, çünki mən potensialımın yalnız 20%-ni göstərmişəm. Və o haqlı idi.

Mən boşa çıxan istedadam? Əlbəttə, daha çox şey edə bilərdim, amma klub səviyyəsində hər şey qazandım.

Mənə lazım olan yeganə şey milli komanda ilə Avropa Çempionatını və ya Dünya Kubokunu qazanmaqdır”, – “Sion”un hücumçusu “Muschio Selvaggio”ya müsahibəsində deyib.

Mino Rayola 2022-ci ilin aprelində vəfat edib.

Aut.az

Exit mobile version