AUT.AZ

İnsidentlə bağlı bəyanat yaydılar: Qovmamışıq  

“Barselona” “Atletiko” ilə matçda (1:0) baş verən və İspaniyada böyük ajiotaja səbəb olan insidentlə bağlı rəsmi açıqlama yayıb.

Xatırladaq ki, “Atletiko” futbolkasında olan bir azarkeş Madrid klubunun İspaniya bayrağı formasında dizayn olunmuş bayrağını tribunadan asıb və bu da yerli azarkeşlərin mənfi reaksiyasına səbəb olub. Onlardan biri kobud şəkildə bayrağı asıldığı yerdən qoparıb, bundan sonra qonaq komandanın azarkeşi stadionun mühafizə xidməti tərəfindən aparılıb.

Aut.az xəbər verir ki, “Barselona” bəyanat yararaq insidentə münasibət bildirib:

“Stadionda ikinci yarusda olan bir neçə “Atletiko” azarkeşi komandanın gerbi olan İspaniya bayrağı ilə “Spotify” reklamını örtüblər. Stadionun özəl mühafizə qrupu yaranmış vəziyyətə reaksiya verib və azarkeşlərə klubun daxili qaydalarını izah etmək üçün hadisə yerinə gəlib. Bu qaydalar digər məsələlərlə yanaşı, stadionun reklamını ört-basdır edən bayraqların və ya digər elementlərin nümayişini qadağan edir.

Təhlükəsizlik əməkdaşı “Atletiko” azarkeşi ilə danışıb, qaydaları izah edib və yerli azarkeşlərə qarşı hər hansı şikayətinin olub-olmadığını soruşub. Sərxoşluq əlamətləri olan şəxs bəzi yerli azarkeşlər təhqir etsə də, o, heç bir problem olmadığını bildirib.

Azarkeş mühafizəçilərə oyunu fərqli mövqedən, eyni tribunanın daha yüksək hissəsindən izləməyə üstünlük verdiyini bildirib. O, yoldaşı ilə birlikdə istədiyi yerə yerləşib. Özəl mühafizə onu yalnız müşayiət edib, heç bir halda onun yerini zorla dəyişdirməyib və ya stadiondan qovmayıblar. Bunlar bəzi media və sosial şəbəkələrdə yayılan versiyaları tamamilə təkzib edən faktlardır”.

Aut.az

Exit mobile version