AUT.AZ

Hamını qovacaqlar, əgər…

“Bayern”in düşərgəsində vəziyyət heç də yaxşı deyil.

Aut.az xəbər verir ki, son zamanlar uğursuz çıxış edən komandanın düşərgəsindən heç də xoş xəbərlər gəlmir. Növbəti yayılan məlumat baş məşqçi Tomas Tuxellə bağlıdır. Almaniya mətbuatının iddiasına görə, “pivəçilər” bu mövsüm Almaniya çempionluğunu qazana bilməsə, 49 yaşlı mütəxəssis istefaya göndərilə bilər.

Tuxelin rəhbərliyi altında keçirilən 7 matçda “Bayern” 3 dəfə məğlub olub, 2 qələbə qazanıb. Əvvəlki baş məşqçi Yulian Naqelsmann dövründə isə Münhen təmsilçisi yalnız 37 oyunda cəmi 3 dəfə məğlub olmuşdu.

Bundan başqa Bavariya vilayətinin komandası Çempionlar Liqası və Almaniya kubokunda da mübarizəni dayandırıb. Bundesliqada isə 29 turdan sonra lider “Borussiya Dortmund”dan 1 xal geri qalır.

Bildirilir ki, “Bayern”nın rəhbərliyi mayın 22-də, klubun mövsümün son oyununa 5 gün qalmış iclas keçirərək. Həmin toplantıda təkcə məşqçilər korpusu ilə bağlı deyil, həm də direktorlar heyəti ilə bağlı yekun qərarlar veriləcək.

Qeyd edək ki, Tuxel martın 25-də Münhen klubunun baş məşqçisi təyin olunub.

Exit mobile version