AUT.AZ

Danışıqlar son mərhələdə: onunla razılaşırlar

İngiltərənin “Çelsi” klubunun yeni mövsüm üçün baş məşqçisi müəyyənləşmək üzrədir.

Aut.az xəbər verir ki, London təmsilçisinin rəhbərliyi Mauritsio Poçettino ilə razılaşmağa çox yaxındır. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb. Argentinalı mütəxəssis paytaxt klubunu Premyer Liqada çempionluq yarışına qaytaracağına əmindir.

Mauritsio Poçettino son olaraq PSJ-ni çalışdırıb. O, daha əvvəl İngiltərədə “Tottenhem” və “Sauthempton”a rəhbərlik edib.

Qeyd edək ki, hazırda “Çelsi”nin baş məşqçisi Frenk Lemparddır.

Exit mobile version