AUT.AZ

Daha bir xəyanət qalmaqalı: Həyat yoldaşını bu modelə dəyişdi – FOTOLAR

“Bayern”in müdafiəçisi Lukas Ernandesin həyat yoldaşı Ameliya Lorente futbolçunu xəyanətdə ittiham edir.

Aut.az xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edən Ameliya Lukasın onu məşhur italiyalı model Krastina Buççino ilə aldatdığını bildirib:

“Artıq sən ikitərəfli həyat yaşamağı dayandıra bilərsən. Onu sənə verirəm, Kristina Buççino. Lukas, unutma ki, sənin üzünü görmədiyin 2 uşağın var”.

Qeyd edək ki, DÇ-2022-də aldığı ağır zədədən sonra hələ də bərpa prosesi keçən Lukas Ernandes Lorente ilə 2017-ci ildə ailə qurub.

Exit mobile version