AUT.AZ

Corcina Ronaldonu belə motivasiya edir? – FOTO

“Əl-Nəsr”in futbolçusu Kriştiano Ronaldonun sevgilisi Corcina Rodrigez yenidən pərəstişkarlarının diqqətini çəkib.

Aut.az xəbər verir ki, argentinalı gözəl məşqindən çəkdirdiyi fotoları sosial şəbəkə hesabında paylaşaraq heyrətamiz bədənini nümayiş etdirib.

İzləyicilərin rəyləri diqqət cəlb edib. Onlar bildirib ki, belə idman forması Ronaldonu motivasiya etməyə bilməz

Kriştiano Ronaldonun qışda “Əl-Nəsr”ə transfer olunmasından sonra ailəsi də onunla birlikdə Səudiyyə Ərəbistanına köçüb. Corcina müntəzəm olaraq Ər-Riyaddakı həyatlarının təfərrüatlarını izləyiciləri ilə bölüşür.

Exit mobile version