AUT.AZ

Çakırı Rusiya klubu istəyir?

Rusiya “Zenit”inin “Trabzonspor”un qapıçısı  Uğurcan Çakırla maraqlanması ilə bağlı məlumat yayılıb.

Aut.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Əkrəm Konur məlumat verib.

“Trabzonspor”un meneceri Əmrah Tok “Sport24”-ün müxbiri Anastasiya Draqomirə müsahibəsində bu məsələyə münasibət bildirib:

“Bizim bu haqda heç bir məlumatımız yoxdur. Rusiya klubu bizə müraciət etməyib”.

İddialara görə “Monako”, “Nottingem Forest”, “Şeffild Yunayted” və “Əl Nəsr” də 27 yaşlı qapıçıya maraq göstərir.

Çakır Türkiyə yığmasında 22 oyun keçirib.

Aut.az

Exit mobile version