AUT.AZ

Cəzalandı

“Yuventus” 171 azarkeşini cəzalandırıb.

Aut.az xəbər verir ki, “qoca sinyora” İtaliya Kubokunun yarımfinalında “İnter”ə qarşı keçirilən oyunda rəqib hücumçu Romelu Lukakuya qarşı irqçilik edən fanatlarına ömürlük stadionlara girişini qadağan edib.

Aprelin 4-də baş tutan oyunda qollu bərabərlik qeydə alınıb. Lukaku 90+5-də penaltidən hesabı bərabərləşdirən qolu vurduqdan sonra irqçiliyə məruz qalıb.

Exit mobile version