AUT.AZ

Biabırçı məğlubiyyətə görə azarkeşlərə pul ödəyəcəklər

“Tottenhem”in futbolçuları azarkeşlərə jest etmək qərarına gəliblər.

Aut.az xəbər verir ki, futbolçular “Nyukasl”a 1:6 hesablı biabırçı məğlubiyyətdən sonra azarkeşlərə üz tutaraq həmin oyunu stadiondan izləyənlərin biletlərinin pulunu ödəyəcəklərini bildiriblər.

“Biz komanda olaraq məyusluğunuzu və qəzəbinizi başa düşürük. Bilirik ki, belə vəziyyətlərdə söz kifayət etmir, amma inanın ki, hər məğlubiyyət bizi incidir. Həm evdə, həm də səfərdə dəstəyinizə görə minnətdarıq. Bununla əlaqədar olaraq, azarkeşlərə “Sent Ceyms Park”da keçirilən matç üçün biletlərin qiymətini geri qaytarmaq istərdik.

Bilirik ki, bu, bazar günü baş verənləri dəyişməyəcək və dəstəyiniz bizim üçün yenidən hər şey demək olacaq. “Mançester Yunayted”lə qarşılaşmada vəziyyəti düzəltmək üçün əlimizdən gələni edəcəyik. Birlikdə və yalnız birlikdə irəliyə doğru irəliləyə bilərik”, – deyə London klubunun sosial şəbəkəsində dərc olunan bəyanatda deyilir.

Aut.az

Exit mobile version